More

    Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində iştirak ediblər

    Azərbaycan “Gimnastika hamı üçün” proqramı üzrə məşqçiləri Ayna Məmmədova və Alfiya Mantova Estoniyanın Tallin şəhərində keçirilən Avropa Gimnastikasının ənənəvi “4th Educational Long Weekend” tədbirində iştirak ediblər.

    Tədbirdə müxtəlif Avropa ölkələrindən olan gimnastika üzrə mütəxəssislər bir araya gələrək, bu idman növünün inkişafı və populyarlaşdırılması istiqamətində təcrübələrini bölüşüblər. Proqramda seminar, praktiki məşğələlər və innovativ, inklüziv yanaşmalarla bağlı təqdimatlarla yanaşı, kütləvi gimnastikanın inkişafı və sağlam həyat tərzi üçün yeni model və proqramlar da təqdim olunub.

    Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edib, ölkəmizdə tətbiq olunan yeniliklərlə bağlı öz təcrübələrini paylaşıb. Ümumilikdə, tədbirdə 15 ölkədən 33 iştirakçı yer alıb və burada Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, milli nümayəndə Ruslan Eyvazov da iştirak edib.

    Bu təcrübə mübadiləsi Azərbaycan gimnastikasının beynəlxalq əməkdaşlığını və inklüziv inkişafını gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni