More

    Azərbaycan millisi Çexiyaya məğlub oldu

    Azərbaycan millisi bu gün Çexiya yığması ilə yoldaşlıq matçı keçirib.

    Fanat.Az xəbər verir ki, Zlin şəhərində baş tutan oyunda meydan sahibləri qələbə qazanıb.

    Matçın ilk hissəsində rəqib iki cavabsız qolla fərqlənib və ikinci hissədə də bu üstünlüyü qoruyub. Komandamız isə birinci hissədə azı üç dəfə qol vurmaq imkanı əldə etsə də, şansları dəyərləndirə bilməyib. Maraqlı məqam ondan ibarətdir ki, bu oyunda Azərbaycan millisində üç futzalçı – Fərid Abbasov, Mirzə Əmirov və Eldar Zeynalov ilk dəfə çıxış ediblər.

    Bu komandalar arasında növbəti qarşılaşma sabah, sentyabrın 20-də Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

    Beynəlxalq yoldaşlıq oyunu
    19 sentyabr

    Çexiya – Azərbaycan 3:0 (2:0)

    Çexiya:

    1. Miçal Hula (q), 5. Pavel Drozd, 9. Tomaş Koudelka, 10. Miçal Seidler, 11. David Drozd, 12. Adam Vondraçek (q), 2. Duşan Kunstner, 3. Matej Maur, 4. Radim Zaruba, 6. Tomaş Kuçta, 8. Filip Havrda, 13. Miçal Holy, 14. Dominik Balog, 18. Adam Knobloç
      Baş məşqçi: Marek Kopeçki

    Azərbaycan:

    1. Emin Kürdov (q, k), 7. Xəzər Ağalızadə, 8. Murad Quluzadə, 9. Ülvi Əliyev, 20. Tofiq Mikayılov, 12. Kamran Hacıyev (q), 19. Vladislav Reznov (q), 2. İlham Alıyev, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 14. Emil Həsənzadə, 10. Fərid Abbasov, 17. Oktay Rüstəmli
      Baş məşqçi: Vitali Borisov

    Qollar:
    David Drozd, 2:39; Adam Knobloç, 19:04; Radim Zaruba, 37:28
    Sarı vərəqə: Emil Həsənzadə, 35:58
    Hakimlər: Radim Çep, Luboş Rygl, Lukaş Jurça
    Məkan: Çexiya, Zlin şəhəri

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni