Azərbaycan qadın milli futbol komandasının noyabrın 28-də və dekabrın 2-də Rusiyanın Soçi şəhərində keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Sport-az xəbər verir ki, AFFA-nın yaydığı məlumata əsasən, hər iki oyunda Tacikistandan olan eyni hakimlər briqadası çalışacaq. Qarşılaşmaların baş hakimi Nodira Mirzoeva olacaq. Ona köməkçilər kimi Dilşoda Rahmonova və Farhod Kuralov təyin edilib. Dördüncü hakim funksiyasını isə Anastasiya Ponomaryova yerinə yetirəcək.
Oyunların keçirilmə məkanları və vaxtı:
- Birinci oyun: FİŞT Olimpiya Stadionu
- İkinci oyun: “Soçi” klubunun məşq bazası
- Hər iki oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.