Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək yeniyetmələr arasında bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan milli komandasının heyəti müəyyən olunub.
Sport-az.com xəbər verir ki, yarışda həm fərdi, həm də qrup hərəkətləri üzrə gimnastlarımız ölkəmizi təmsil edəcəklər.
🔹 Fərdi proqramda Azərbaycanı aşağıdakı gimnastlar təmsil edəcək:
- Şəms Ağahüseynova
- İlahə Bahadırova
- Fidan Qurbanlı
- Azadə Atakişiyeva
🔹 Qrup hərəkətləri komandasında isə bu idmançılar yer alıb:
- Nəzrin Abdullayeva
- Röya Əlikişiyeva
- Ayan Nəsirova
- Şəms Müvəffəqi
- Nəzrin Salmanlı
Yeniyetmələrin dünya çempionatı 18–22 iyun tarixlərində baş tutacaq və yarışda 72 ölkədən 370 gimnast mübarizə aparacaq.