Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” komandası “Səbail”i məğlub edib.
Samir Abasovun rəhbərlik etdiyi “Neftçi” komandasının evdə, “Neftçi Arena”da keçirdiyi görüş 3:1 hesabı ilə onların xeyrinə başa çatıb.
“Neftçi”nin qollarını Ramil Şeydayev (45+3-cü dəqiqə) və Dembo Darbo (58 və 67-ci dəqiqələr) vurublar. “Səbail” isə yalnız 90+3-cü dəqiqədə Samir Abdullayevin vurduğu qolla hesabı dəyişdirə bilib.
Qeyd edək ki, bu gün X turun digər matçında “Şamaxı” komandası “Araz Naxçıvan”a 1:0 hesabı ilə məğlub olub. Ötən gün baş tutan “Kəpəz” – “Qarabağ” oyununda isə Ağdam təmsilçisi 5:0 hesabı ilə böyük qələbə qazanıb. X turun qalan qarşılaşmaları sabah keçiriləcək.