İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Turnirin növbəti günündə sablya növü üzrə qadınların komanda yarışı keçirilib. Sport-az.com xəbər verir ki, Azərbaycan yığması bu mərhələdə Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynova ilə təmsil olunub.
Yarışın gedişi:
- 1/16 final: Azərbaycan – Almaniya: 43:45
Komandamız gərgin mübarizədə cüzi fərqlə məğlub olub və 9-16-cı yerlər uğrunda mübarizəyə davam edib. - Təsəlliverici mərhələ:
- Azərbaycan – Yunanıstan: 42:45
- Azərbaycan – Böyük Britaniya: 45:31
Bu nəticələrlə Azərbaycan yığması Avropa çempionatını 11-ci yerdə tamamlayıb.