Bu gün İspaniyanın Linares şəhərində start götürən dünya şahmat çempionatında Azərbaycan qadınlardan ibarət milli komandası da yarışa qoşulur. A qrupunda mübarizə aparan komandamız ilk oyununu Peru ilə keçirəcək.
Qrupdakı digər qarşılaşmalarda isə ABŞ İspaniya ilə, FIDE komandası və Qazaxıstan arasında münasibətlər aydınlaşdırılacaq.
Azərbaycan millisi Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva kimi güclü isimlərdən ibarətdir. Komandanın kapitanı İlahə Qədimova hesab olunur.
Qeyd edək ki, mundial noyabrın 24-də başa çatacaq və komandamız qrupdan çıxaraq irəli mərhələlərə vəsiqə qazanmaq üçün mübarizəsini davam etdirəcək.



