Azərbaycan qılıncoynadanları Avropa çempionatında mübarizə aparacaq

İtaliyanın Genuya şəhərində keçiriləcək qılıncoynatma üzrə Avropa çempionatında Azərbaycan milli komandası da iştirak edəcək. Sport-az.com xəbər verir ki, yığmamız bir neçə növdə təmsil olunacaq və həm fərdi, həm də komanda yarışlarında gücünü sınayacaq.

Azərbaycanı təmsil edəcək idmançılar:

Qadın sablyaçıların yarışında:

  • Zərifə Hüseynova
  • Səbinə Kərimova
  • Polina Kaspiaroviç

Bu üçlük həm fərdi, həm də komanda çempionatlarında mübarizə aparacaq.

Şpaqa üzrə kişi yarışlarında:

  • Ruslan Həsənov

Yarışlar 14–19 iyun tarixlərində keçiriləcək. Qeyd edək ki, qadınlardan ibarət sablya komandamızın lideri Anna Başta zədə səbəbindən bu yarışda iştirak edə bilməyəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni