Əlcəzairin Oran şəhərində keçirilən qılıncoynatma üzrə Dünya Kubokunda Azərbaycan təmsilçiləri sablya növündə yarışlara qatılıblar.
Komanda tərkibi Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət olan yığmamız komanda yarışlarında ən güclü səkkizliyə yüksəlmək üçün İtaliya ilə qarşılaşıb. Çox gərgin mübarizə şəraitində keçən bu görüşdə komandamız rəqibinə cüzi fərqlə — 44:45 hesabı ilə məğlub olub.
Daha sonra 9-16-cı yerlər uğrunda dueldə Azərbaycan millisi Əlcəzair komandasını 45:19 hesabı ilə üstələyib. 9-10-cu yerlər üçün keçirilən son qarşılaşmada isə komandamız İspaniyaya 32:45 hesabı ilə məğlub olub. Palina Kaspiaroviçin zədələnməsi səbəbindən yığmamız Bolqarıstanla 11-ci yer uğrunda döyüşə çıxmayıb.
Şəxsi yarışlara gəldikdə, Səbinə Kərimova və Zərifə Hüseynova qrup mərhələsini uğurla keçsələr də, pley-offda mübarizədən kənar qalıblar. Palina Kaspiaroviç isə ən güclü səkkizliyə yüksəlmək üçün döyüşdə Macarıstan təmsilçisi və turnirin bürünc mükafatçısı Katinka Battaniyə 7:15 hesabı ilə məğlub olub.