Azərbaycan Şahmat Çempionatında finalçılar müəyyənləşdi

Azərbaycan Şahmat Çempionatında finala yüksələn iştirakçılar bəlli olub. Turnirin yarımfinal mərhələsində Teymur Rəcəbov və Rauf Məmmədov arasındakı sürətli şahmat qarşılaşması heç-heçə ilə yekunlaşsa da, armageddon partiyasında Rauf Məmmədov qalib gəldi.

Qadınlar arasında finalçılar isə tay-brek oyunlarından sonra müəyyənləşdi. Günay Məmmədzadə, Gülnar Məmmədovanı 1.5:0.5 hesabı ilə məğlub edərək finala yüksəldi. Digər yarımfinal görüşündə isə Gövhər Beydullayeva, Ülviyyə Fətəliyevaya qalib gələrək (1.5:0.5) adını finala yazdırdı.

Beləliklə, final qarşılaşmalarında:

  • Kişilər: Şəhriyar Məmmədyarov – Rauf Məmmədov
  • Qadınlar: Günay Məmmədzadə – Gövhər Beydullayeva

Üçüncü yer uğrunda mübarizədə isə:

  • Kişilər: Mİsradin İsgəndərov – Teymur Rəcəbov
  • Qadınlar: Gülnar Məmmədova – Ülviyyə Fətəliyeva

Final görüşləri 13 fevral tarixində saat 15:00-da Landmark Biznes Mərkəzində baş tutacaq. Qeyd edək ki, kişilər arasında çempionatın ümumi mükafat fondu 60 000 manat, qadınlar arasında isə 30 000 manat təşkil edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni