Sport-Az-ın məlumatına görə, kişilər arasında keçirilən çempionatda Şəhriyar Məmmədyarov Misrədin İskəndərovu iki oyunda məğlub edərək (2:0) finala yüksəlib. İskəndərov isə üçüncü yer uğrunda mübarizə aparacaq.
Digər yarımfinal görüşündə Teymur Rəcəbov və Rauf Məmmədov yenidən heç-heçə oynayıb. Bu cütün qalibi sabah keçiriləcək tay-breykdə müəyyənləşəcək.
Qadınlar arasında yarışda Günay Məmmədzadə birinci oyunda məğlub olduğu Gülnar Məmmədovadan revanş alaraq hesabı bərabərləşdirib (1:1). Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva arasındakı hər iki oyun heç-heçə başa çatıb. Hər iki qarşılaşmanın qalibləri də fevralın 12-də baş tutacaq tay-breykdə bəlli olacaq.
Kişilər arasında çempionatın mükafat fondu 60 000 manat, qadınlar arasında isə 30 000 manat təşkil edir.