More

    Azərbaycan şahmatçısı Eltac Səfərli Münhendə ilk beşlikdə yer alıb

    Azərbaycanın təcrübəli şahmatçısı Eltac Səfərli Almaniyanın Münhen şəhərində keçirilən “International Whitsun” turnirində uğurlu çıxış edərək beşinci pillədə qərarlaşıb.

    Sport-az.com xəbər verir ki, beşinci turda Eltac Səfərli bolqarıstanlı rəqibi Momçil Petkovla görüşdən sülhlə ayrılıb və xallarının sayını 4-ə yüksəldib.

    Hazırda turnirin lideri Norveç şahmatçısı Elham Amar hesab olunur – onun aktivində 5 xal var. Qeyd edək ki, turnirdə ümumilikdə 152 şahmatçı iştirak edir və gərgin rəqabət davam edir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni