Bu gün Albaniyanın Tirana şəhərində qadınlardan ibarət U-19 Avropa çempionatının B Liqasının ikinci mərhələsi start götürdü.
Sport-az.com saytının məlumatına görə, Azərbaycan yığması ilk oyununu Şimali İrlandiya komandasına qarşı keçirib. Qarşılaşma millimizin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
Azərbaycan yığması növbəti oyunlarını 21 fevralda Albaniya, 24 fevralda isə Monteneqro millisinə qarşı keçirəcək. Komanda qrup mərhələsində daha yaxşı nəticə əldə etməyə çalışacaq.



