More

    Azərbaycan təmsilçiləri Bakı vertikal qaçışında medallarla geri döndü

    28 sentyabrda Bakının simvollarından biri olan Alov Qüllələrində “SKYWind-2025” vertikal qaçış üzrə yarış keçirilib. Məlumatına görə, iştirakçılar 32 mərtəbə – yəni 837 pillədən ibarət marşrutu qət ediblər.

    Yarış bu il ilk dəfə Dünya “Tower Running” Assosiasiyasının himayəsi altında, Azərbaycan “Triterra İdman Klubu” tərəfindən təşkil olunub. Qeyd edək ki, “Triterra” Azərbaycan üzrə bu assosiasiyanın rəsmi təmsilçisidir.

    Turnirdə yerli peşəkarlarla yanaşı, İspaniya, Slovakiya, Rumıniya və Xorvatiyadan gəlmiş beynəlxalq PRO kateqoriyalı atletlər də mübarizə aparıblar.

    Qadınlar arasında ən yaxşı nəticələr belə olub:

    • 1-ci yer: Chomanicova Kamila (Slovakiya)
    • 2-ci yer: Garibova Nazrin (Azərbaycan)
    • 3-cü yer: Natalya Vallek (Azərbaycan)

    Kişilər arasında isə podiumda bunlar yer alıb:

    • 1-ci: Vuletic İvan (Xorvatiya)
    • 2-ci: Musa Mikayılzadə (Azərbaycan)
    • 3-cü: Igrisianu Raphael (Rumıniya)

    Xatırladaq ki, yarışda həmçinin Dünya “Tower Running” Assosiasiyasının prezidenti Daniel Cecetka iştirak edib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni