Bu gün Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət yığma komandası Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb. B Liqasının I qrupunda mübarizə aparan komanda Moldova ilə qarşılaşıb və qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, U-17 komandamız qrupa daxil olduğu ilk iki qarşılaşmada Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olmuşdu.
Matç Bakı vaxtı ilə saat 15:00-da Moldovanın paytaxtı Kişineuda keçirilib və bu oyundan sonra Azərbaycan yığması seçmə mərhələdə çıxışını tamamlayacaq.



