Bu gün Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsində üçüncü tur matçı keçiriləcək. Rəşad Eyubovun rəhbərlik etdiyi komanda səfərdə Çexiya ilə üz-üzə gələcək. Karvina şəhərində yerləşən stadionda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oyunu Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FİFA referisi Yovan Kaçevski olacaq.
Qeyd edək ki, Azərbaycan U-21 komandası bu mövsüm indiyənədək Portuqaliyaya səfərdə 0:5 hesabı ilə uduzub, evdə Bolqarıstan ilə 1:1 hesablı heç-heçə edib.
Avropa çempionatının seçmə mərhələsində bu gün həmçinin saat 22:30-da Portuqaliya ilə Bolqarıstan arasındakı görüş də keçiriləcək. Dünən isə Şotlandiya Cəbəllütariqi 12:0 hesabı ilə məğlub edib.



