Azərbaycan UEFA əmsallar cədvəlində mövqeyini dəyişməyib

Keçən gün Avropa kuboklarında keçirilən son oyunlardan sonra Azərbaycan UEFA-nın əmsallar cədvəlindəki yerini qoruyub saxlayıb. Sport-az.com saytı UEFA-nın rəsmi məlumatlarına istinadən bildirir ki, ölkəmiz 19.000 xalla hazırda 28-ci yerdə qərarlaşıb.

Dünən Konfrans Liqasında baş tutan matçlarda Azərbaycan klublarının nəticələri aşağıdakı kimi olub:

Bundan əvvəl, iki gün öncə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” səfərdə “Şkendiya” komandasını minimal fərqlə məğlub edib.

UEFA-nın qaydalanna görə, təsnifat mərhələlərində qələbə üçün 1 xal, heç-heçə üçün 0.5 xal verilir. Bu xallar ölkənin avrokuboklarda iştirak edən klublarının sayına bölünür. Nəticədə:

  1. “Qarabağ” ölkəmizin aktivinə 0.750 xal qazandırıb.
  2. “Sabah” 0.625 xal əlavə edib.
  3. “Araz-Naxçıvan” 0.375 xal gətirib.
  4. Avrokuboklarda artıq mübarizəni dayandırmış “Zirə” isə 0.125 xal əldə edib.

Bu mövsümdə Azərbaycan ümumilikdə 1.875 xal toplayaraq aktivini artırıb. Hazırda ölkəmiz 27-ci pillədəki Ukraynadan 0.600 xal geri qalır. Qeyd edək ki, məlum səbəblərə görə UEFA turnirlərindən kənarlaşdırılan Rusiya 18.299 xalla 29-cu yerdədir.

UEFA əmsallar cədvəlinin lideri isə 94.839 xalla İngiltərədir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni