Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələsində keçirilən son oyunlardan sonra UEFA reytinqi yenilənib.
Sport-az.com-ın məlumatına görə, “Qarabağ”ın “Ayaks”a 0:3 hesablı məğlubiyyətinə baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməyib və 19,125 xalla ölkəmiz 28-ci sırada qalmaqdadır.
Azərbaycan komandaları cari mövsümdə ümumilikdə 2,375 xal qazanıblar. Bu xalları “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal ilə təmin edib.
Hazırda UEFA reytinqində 94,303 xalla İngiltərə birinci yerdədir.



