Azərbaycanın UEFA reytinqindəki mövqeyi ilk 1/8 final oyunlarından sonra 30-cu pilləyə geriləyib. Sport-Az-ın məlumatına görə, ölkəmizin hal-hazırkı koeffisienti 19.625-dir. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında təmsilçisinin olmaması bu göstəriciyə təsir edib.
Azərbaycanı cüzi fərqlə qabaqlayan ölkələr:
- Bolqarıstan – 19.875 (29-cu yer)
- Sloveniya – 19.968 (28-ci yer)
Reytinqin zirvəsində İngiltərə (107.910) qərarlaşıb və Avropa yarışlarında ən çox xal toplayan ölkədir.