More

    Azərbaycan Üzgüçülük Federasiyası ukraynalı mütəxəssislə əməkdaşlığa başlayıb

    Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük sahəsində Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlıq müqaviləsi bağlayıb.

    Bu barədə port-az.com-a federasiyanın mətbuat xidməti məlumat vermişdir.

    Əməkdaşlığın əsas məqsədi bədii üzgüçülük növünün Azərbaycanda inkişaf etdirilməsi, gələcəkdə güclü milli komandanın formalaşdırılması və beynəlxalq turnirlərdə uğurlu çıxışlardır. Bu addım idman növünün populyarlaşdırılmasına və gənclər arasında marağının artırılmasına kömək edəcək.

    Bundan əvvəl O.Pismenna Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milli komandaları ilə işləyib. Onun təlim etdiyi idmançılar yeniyetmə mərhələsindən əsas yığmaya keçməklə yanaşı, çoxsaylı Avropa və dünya çempionatlarında qalib gəlib, həmçinin Olimpiya Oyunlarında medallar qazanıblar.

    Mütəxəssis ASF-nin mətbuat xidmətinə açıqlamasında biliklərin nəsillər arası ötürülməsinin əhəmiyyətini vurğulayıb: “Dəyərli biliklərin nəsildən nəsilə ötürülməsi çox vacibdir. Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq”.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni