Azərbaycan voleybol qadınları İslamiadada növbəti dəfə qələbə qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qadınlardan ibarət voleybol millisi dördüncü matçını keçirib və inamlı qələbə ilə çıxış edib. Baş məşqçi Faiq Qarayevin rəhbərlik etdiyi yığma Əfqanıstan millisinə qarşı mübarizə aparıb.

Görüş 3:0 hesabı ilə başa çatıb. Setlərdə nəticələr müvafiq olaraq 25:7, 25:5 və 25:9 təşkil edib.

Öncəki oyunlarda Azərbaycan millisi İran və Tacikistan komandalarını eyni hesabla məğlub edib, Türkiyəyə isə 0:3 uduzub.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni