Azərbaycan Yığmasının Avropa Çempionatındakı Son İki Oyununun Vaxtı və Yeri Müəyyən Oldu

Azərbaycan milli qadın basketbol komandası FİBA-nın Avropa çempionatı seçmə mərhələsi çərçivəsində son iki oyununu keçirəcək.

Sport-az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Komandamız qrup lideri Belçika ilə 6 fevral tarixində Bakı vaxtı ilə saat 23:15-də COREtec Dome arenasında (Ostende şəhəri) qarşılaşacaq.

Üç gün sonra, 9 fevral tarixində, saat 17:00-da milli komandamız Polşa yığması ilə “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2025-ci ilin iyun ayında keçiriləcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni