Azərbaycan Yüksək Liqasının qadın voleybol oyunları təxirə salınıb

Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, qadın voleybolçular arasında keçirilən Azərbaycan Yüksək Liqası oyunları təxirə salınıb. Bu qərar növbəti ay Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq VI İslam Həmrəyliyi Oyunlarında milli komandamızın iştirakı nəzərə alınaraq qəbul edilib.

Yüksək Liqada çıxış edən voleybolçular və məşqçilərin milliyə cəlb olunması səbəbindən qarşıdakı oyunlar noyabrın 18-dək keçirilmir. Bu müddət ərzində komandanın hazırlığına üstünlük veriləcək.

Federasiya təxirə salınan görüşlərin yeni tarixləri barədə əlavə məlumat verəcək.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni