Azərbaycan, mayın 9-11-də Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) keçiriləcək Galaxy Cup beynəlxalq xokkey turnirində ilk dəfə təmsil olunacaq. Sport-Az-ın məlumatına görə, ölkəmizi Ocaq Sport klubunun 2013-2015-ci illər təvəllüdlü 10 istedadlı xokkeyçisi təmsil edəcək.
Bu, Azərbaycanın uşaq yaş qrupları arasında beynəlxalq turnirdə ilk dəfə iştirakıdır. Bu hadisə, ölkəmizdə xokkeyin inkişafı üçün mühüm bir addım olaraq qiymətləndirilir.



