Azərbaycan çempionatında ilk dəfə dörd nəfərlik kayak yarışları keçiriləcək. Sport-Az xəbər verir ki, 16-17 mart tarixlərində təşkil olunacaq gənclər və yeniyetmələr arasında çempionat bu il bir sıra yeniliklərlə yadda qalacaq. Yarışlar Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kayak və Kanoe Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq.
Turnirdə 2007-2012-ci il təvəllüdlü 100-dən çox idmançı iştirak edəcək. Yarış akademik avarçəkmə, kayak və kanoe üzrə müxtəlif yaş kateqoriyalarında keçiriləcək.
İdmançılar aşağıdakı məsafələrdə mükafat uğrunda mübarizə aparacaqlar:
- Akademik avarçəkmə: 500, 1000 və 1500 metr (1, 2 və 4 nəfərlik qayıqlarda)
- Kanoe: 200, 500 və 1000 metr (tək nəfərlik qayıqlarda)
- Kayak: 200, 500 və 1000 metr (1, 2 və 4 nəfərlik qayıqlarda)
Bu çempionat Azərbaycan avarçəkmə idmanında yeni bir mərhələ olacaq və idmançılar üçün yeni imkanlar yaradacaq.