Azərbaycanın 3 boksçusu mərhələ adlayıb

Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən dünya birinciliyinə start verilib.

Sport-az.com-ın Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, yarışın ilk günündə Azərbaycan millisinin 3 boksçusu növbəti mərhələyə yüksəlib.

60 kq çəki dərəcəsində çıxış edən Qızbəs İsgəndərli, 1/16 final mərhələsində Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı idi, lakin rəqib döyüşə çıxmadığı üçün boksçumuz qalib elan edilib. O, 1/8 finalda tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kq çəkidə Əli Abdullayev debütdə Skender Lalaya (Albaniya) 4:1 hesabı ilə qalib gəlib. Abdullayev növbəti mərhələdə rusiyalı Malik Suqaypovla qarşılaşacaq.

75 kq çəki dərəcəsində Abbasqulu Şadlinski 1/32 finalda Montassar Ben Zidiyə (Tunis) 5:0 hesabı ilə qalib gəlib. O, növbəti mərhələdə Gürcüstan təmsilçisi Giorgi Natroşvili ilə mübarizə aparacaq.

Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni