More

    Azərbaycanın 4 güləşçisi DÇ-də mübarizəyə başlayır

    Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı davam edir.

    Sport-az.com xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə qoşulacaqlar.

    • Nürəddin Novruzov (61 kq) 1/8 final mərhələsində Cude Hammer (Quatemala) və Ahmet Duman (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
    • Kənan Heybətov (70 kq) təsnifat mərhələsində hindistanlı Maniş Qosvami ilə üz-üzə gələcək.
    • Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistan təmsilçisi Arman Avakyanla qarşılaşacaq.
    • Abubakr Abakarov (92 kq) təsnifat mərhələsində Şimali Makedoniyadan Redjep Haydari ilə görüşəcək.

    Bu gün, həmçinin qadın güləşçilərimizin təsəlliverici görüşləri də keçiriləcək. Alyona Kolesnik (59 kq) rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə mübarizə aparacaq.

    Qeyd edək ki, ötən gün yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan təmsilçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olub. Azərbaycan yunan-Roma güləşi millisi isə komanda hesabında birinci yeri tutub.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni