FIBA Avropa Kubokunda Azərbaycanı təmsil edən “Abşeron Lions” və “Neftçi” klubları növbəti qarşılaşmalarını keçirib. “Abşeron Lions” Polşanın “Trefl” komandası ilə Sopot şəhərindəki “Sentennial Sport Hall”da qarşılaşıb. Görüş 98:78 hesabı ilə Polşa klubunun üstünlüyü ilə sona çatıb.
Digər Azərbaycan təmsilçisi “Neftçi” isə Estoniyanın “Kalev” komandası ilə səfərdə görüşüb. Tallində baş tutan qarşılaşmada meydan sahibləri 88:82 hesabı ilə qələbəni əldə ediblər.
Hazırda I qrupda “Trefl” və “Neftçi” yeddi xal toplayaraq birinci və ikinci pillələrdə qərarlaşıblar. “Abşeron Lions” və “Kalev” isə beş xalla müvafiq olaraq üçüncü və dördüncü yerləri bölüşür.
Bu gün I qrupda döyüş davam edəcək və “Neftçi” Tallində “Kalev”ə, “Abşeron Lions” isə Sopotda “Trefl”ə qarşı növbəti görüşlərini keçirəcək.



