Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları sona çatıb.
Sport-az.com xəbər verir ki, məktəblilər arasında keçirilən bu multi-idman yarışında Azərbaycan boks millisi ümumilikdə 18 medal qazanaraq komanda hesabında birinci yeri tutub.
Bu medallardan 11-i oğlan boksçulara məxsusdur. Bütün rəqiblərinə qalib gələn Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Rza Rzayev (70 kq) çempion tituluna yiyələniblər. Valeh Eyvazlı (66 kq) gümüş, Adil Zalov (75 kq) və Səfdər Məmmədzadə (+80 kq) isə bürünc medala sahib olublar.
Nəticədə oğlan boksçular 8 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 1-ci yeri tutublar.
Qız boksçularımızdan Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) qızıl medalla mükafatlandırılıb. Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə gümüş medala layiq görülüblər.
Qeyd edək ki, boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.



