More

    Azərbaycanın iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

    Azərbaycanın iki boksçusu Bolqarıstanın paytaxtı Sofiyada davam edən U-23 Avropa çempionatında uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıb.

    Sport-az.com xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Uelsdən olan Skott Riçardsla qarşılaşıb və döyüşü inamla qazanıb. Hüseynov rəqibini 5:0 hesabı ilə məğlub edib (30:27, 30:27, 30:27, 30:27, 29:28). O, 1/4 finalda ispaniyalı Rafael Serrano ilə üz-üzə gələcək.

    Murad Allahverdiyev də yarışa qələbə ilə başlayıb. O, ilk görüşündə İBAB təmsilçisi Aleksey Koktsikavanı 3:2 hesabı ilə məğlub edib (28:29, 29:28, 30:27, 28:29, 30:27). Allahverdiyev növbəti mərhələdə Ukraynanı təmsil edən Matviy Rajba ilə qarşılaşacaq.

    Qeyd edək ki, kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da baş tutacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni