Azərbaycan milli komandasının keçmiş sağ cinah müdafiəçisi Məhər Şükürov 42 yaşında subay həyatına son qoymağa qərar verib.
Sport-Az-ın məlumatına görə, idmançının toy mərasimi 11 mayda Sumqayıtda baş tutacaq. Qeyd edək ki, Məhər Şükürov peşəkar futbol karyerasını 2017-ci ilin avqust ayında “Neftçi” klubunun tərkibində sonlandırıb.