More

    Azərbaycanın qadın voleybol klubları avrokuboklardan kənarda qalacaq

    2025/26 mövsümündə Azərbaycanın qadın voleybol klubları avrokubok yarışlarında iştirak etməyəcək.

    Sport-az.com-un “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Yüksək Liqanın ötən mövsüm mükafatçıları olan komandalar rəsmi olaraq bildiriblər. Beləliklə, ölkəmizi beynəlxalq arenada təmsil etməli olan qadın voleybol klubları bu mövsüm avrokuboklarda görünməyəcək.

    Qeyd edək ki, Yüksək Liqanın son mövsümündə:

    • “Azerreyl” çempion olub,
    • “Abşeron” ikinci yeri tutub,
    • “Milli Aviasiya Akademiyası” isə üçüncü pillədə qərarlaşıb.

    Kişilər arasında isə vəziyyət fərqlidir. Belə ki, “Azerreyl” kişi komandası Çempionlar Liqasında, “Xilasedici” isə Çağırış Kubokunda (Challenge Cup) mübarizə aparacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni