Azərbaycanın U-17 millisi Avropa çempionatına hazırlaşır: Heyət açıqlandı

Azərbaycanın U-17 milli futbol komandası 2025-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Albaniya və Uels yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətini açıqlayıb.

Sport-Az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin yaydığı məlumata əsasən, milli komanda 11-14 mart tarixlərində Bakıda təlim-məşq toplanışı keçirəcək. Martın 14-də saat 13:00-da “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyunu təşkil ediləcək.

Millimiz 15-25 mart tarixlərində Albaniyada baş tutacaq Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komanda B Liqasının 6-cı qrupunda Albaniya və Uels komandaları ilə mübarizə aparacaq. Albaniya ilə oyun Bakı vaxtı ilə saat 18:00-da, Uelslə qarşılaşma isə 22 martda saat 15:00-da “Elbasan Arena” stadionunda keçiriləcək.

Azərbaycan millisinin heyətində 8 legioner futbolçu yer alıb. Heyət:

  • Rauf Ayubov – Sabah
  • Elbrus Kərimov – Marset (İspaniya)
  • Murad Qurbanov – Zirə
  • Həzrət Səmədov – Sabah
  • Səttar Tahirzadə – Marset (İspaniya)
  • Tuncay Əhmədov – Marset (İspaniya)
  • Amin Rzayev – Qarabağ
  • Fərid Cabbarlı – Zirə
  • Nadir Nəsibli – Marset (İspaniya)
  • Məhəmməd Çodarov – Marset (İspaniya)
  • Tunar Muradov – Turan Tovuz
  • Əli Qazibəyov – Qarabağ
  • İbrahim Babayev – Servette 1890 (İsveçrə)
  • Vüsal Kərimov – Neftçi
  • Abduləziz Cabbarlı – Qarabağ
  • Aziz Kərimov – Qəbələ
  • Tunar Rzayev – Marset (İspaniya)
  • İslam Həsənov – Grafisar (Serbiya)
  • Əhməd Vəliyev – Qarabağ
  • Əli İbrahim – Qarabağ

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni