4-7 dekabr tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində fiqurlu konkisürmə üzrə beynəlxalq turnir keçirilib. Sport-az.com xəbər verir ki, yarışda Azərbaycan təmsilçisi Nərgiz Süleymanova da iştirak edib.
Qısa və sərbəst proqramlar üzrə çıxışlarının yekununda Süleymanova 137,40 xal toplayaraq 25 iştirakçı arasında 16-cı yerdə qərarlaşıb.



