Belarusun paytaxtı Minskdə 16 yaşadək basketbolçular arasında beynəlxalq turnir davam edir. Sport-az.com xəbər verir ki, yarışda Azərbaycan yığma komandaları da iştirak edir və bu gün rusiyalı klublarla qarşılaşıblar.
Əvvəlcə meydana çıxan qızlarımız Samaranın “SŞOR №13” komandası ilə oynayıb və 42:94 hesabı ilə məğlub olublar. Daha sonra oğlanlar “Lokomotiv-Kuban” ilə qarşılaşıblar və oyunu 20:80 hesabı ilə uduzublar.
Qeyd edək ki, turnirin əvvəlki mərhələlərində qızlarımız Belarus yığmasına (27:91), oğlanlarımız isə meydan sahiblərinə (21:79) məğlub olublar.