14 yaşlı azərbaycanlı gimnast Hüseyn Xəlilov, xarakterini göstərərək Rusiyada keçirilən növbəti yarışda qalib gəldi.
Sport-az.com-un məlumatına görə, ayaq sınığına baxmayaraq, Xəlilov Sibir Federal Dairəsi üzrə idman gimnastikası çempionatında çoxnövçülük üzrə qızıl medal qazanıb.
Qeyd edək ki, gənc gimnast ilk addımlarını məhz Azərbaycanda gimnastika sahəsində atıb və hazırda beynəlxalq arenada uğurlar qazanmağa davam edir.