Azərbaycanlı hakim Elçin Məsiyev Çempionlar Liqasına təyinat aldı

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək qarşılaşmaya baş hakim kimi təyinat alıb. Sport-az.com-un məlumatına görə, o, iyulun 23-də baş tutacaq “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) oyununu idarə edəcək.

Elçin Məsiyevə bu oyunda aşağıdakı azərbaycanlı hakimlər yardımçı olacaq:

  • Yan xətt hakimləri: Elşad AbdullayevPərvin Talıbov
  • Dördüncü hakim: Fərid Hacıyev

VAR sistemi üzrə nəzarəti isə italiyalı Canluka Aureliano həyata keçirəcək. Əliyar Ağayev isə bu qarşılaşmada AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşma Xorvatiyanın Riyeka şəhərində yerləşən eyniadlı stadionda baş tutacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni