Azərbaycanlı köməkçi hakim Sevda Nuriyeva UEFA-dan təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli köməkçi hakimi Sevda Nuriyeva UEFA tərəfindən yeni təyinatla qadınlar arasında UEFA Çempionlar Liqasının ilk təsnifat mərhələsinə göndərilib.

Sport-az.comun AFFA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sevda Nuriyeva 1-ci qrup çərçivəsində keçiriləcək iki görüşdə köməkçi hakim funksiyasını yerinə yetirəcək.

  • İyulun 30-da baş tutacaq yarımfinal matçında – “Flora” (Estoniya) – “Riqa” (Latviya) qarşılaşmasında Nuriyeva, maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq.
  • Avqustun 2-də isə qrupun məğlub komandaları arasında keçiriləcək 3-cü yer uğrunda oyunda iştirak edəcək. Həmin görüşdə sloveniyalı baş hakim Tyaşa Misya tərəfindən idarə olunacaq briqadaya daxil ediləcək.

Bütün bu qarşılaşmalar Lüksemburqdakı “Axill Hammerel” stadionunda təşkil olunacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni