Azərbaycanlı paraşütçü Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda 10 metrlik pnevmatik tapançadan atəş açma yarışında (P1 kateqoriyası) üçüncü yeri tutub və 215 xal toplayaraq bürünc medal qazanıb.
Noyabrın 5-də sona çatacaq turnirdə Kamran Zeynalov həmçinin 50 metr məsafədə (P4) və 10 metr məsafədə qarışıq komanda yarışlarında (P6) da mübarizə aparacaq.
Qeyd edək ki, Zeynalov ötən ay keçirilən Avropa çempionatında 1 qızıl və 2 gümüş medal qazanmışdı.



