More

    Azərbaycanlı üzgüçü dünya çempionatına lisenziya qazandı

    Azərbaycanın perspektivli üzgüçülərindən biri olan Süleyman İsmayılzadə dünya çempionatına vəsiqə əldə edib.

    Sport-Az xəbər verir ki, idmançımız bu uğura Latviyanın Açıq Çempionatında nail olub. Riqada keçirilən yarışda İsmayılzadə 1500 metr sərbəst üzmə kateqoriyasında 14 dəqiqə 26.02 saniyəlik nəticə göstərərək birinci yerə sahib çıxıb və dünya çempionatına lisenziya qazanıb.

    Qeyd edək ki, Azərbaycan üzgüçüləri Riqa turnirində ümumilikdə 9 qızıl, 11 gümüş və 4 bürünc medal qazanaraq yüksək nəticə göstəriblər.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni