Azərbaycan yunan-Roma güləşçiləri Tümen şəhərində dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Vladimir Çeboksarovun şərəfinə keçirilən beynəlxalq turnirdə üç medal əldə ediblər.
Azərbaycan Güləş Federasiyasının Sport-az-a verdiyi məlumata görə, finala yüksələn Eldəniz Əzizli və Ülvi Qənizadə (hər ikisi 72 kq) zədə səbəbindən həlledici görüşə çıxmadıqları üçün gümüş medallarla kifayətləniblər.
Qurban Qurbanov (82 kq) isə turnirdə üçüncü yeri tutaraq bürünc medal qazanıb.
Qeyd edək ki, milli komandanın tərkibində baş məşqçi Aleksandr Tarakanov və məşqçi Kəmran Məmmədovun rəhbərliyi altında 6 güləşçi iştirak edib. Azərbaycanla yanaşı, bu ənənəvi turnirdə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan komandaları da mübarizə aparıb.