Avrokuboklarda iştirak edən kişi voleybol komandası “AZERRAIL” Azərbaycanı CEV Kubokunda təmsil edir. Azərbaycan Voleybol Federasiyasının (AVF) verdiyi məlumata əsasən, komanda 1/32 final mərhələsində Niderlandın “Orion Stars” klubu ilə qarşılaşacaq.
İki oyundan ibarət olan bu mərhələnin ilk matçı noyabrın 13-də Bakıdakı Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək və saat 17:00-da başlayacaq. İkinci oyun isə bir həftə sonra Niderlandda təşkil olunacaq.
Bu mərhələdə “AZERRAIL” klubu Avropada uğurlu çıxışını davam etdirməyi hədəfləyir.



