Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası sabah Çempionlar Liqasının ilkin mərhələsində ikinci oyuna çıxacaq. Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti bildirir ki, bu oyunda təmsilçimiz Serbiyanın “Radniçki” klubunun qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında başlayacaq. Komandamız bu turdan uğurla çıxacağı təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” və “AKAA Volley” klublarının qalibi ilə qarşılaşacaq.
Əgər “Azərreyl” növbəti mərhələyə yüksələ bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu halda rəqibi “ACH Volley Ljubljana” ilə “Orion Stars Doetinchem” komandalarının mərhələ məğlubu olacaq.
Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada “Azərreyl” “Radniçki”yə 0:3 hesabı ilə uduzub.



