More

    “Azərreyl” voleybolçusu: “İnanıram ki, çempion olacağıq”

    “Hər oyun pley-off öncəsi bizim üçün çox önəmlidir”. Sport-az xəbər verir ki, “Azərreyl” klubunun voleybolçusu Cavid Azimov, MOİK-lə Yüksək Liqanın 14-cü turunda keçirilən oyun sonrası federasiya mətbuat xidmətinə açıqlama verib.

    “MOİK-lə oyun gərgin və maraqlı keçdi”

    Komandanın hücumçusu mövsümə ümidlə baxdığını bildirib:

    “MOİK-lə matç çətin və maraqlı oldu. Amma sonda 3:0 hesabı ilə qalib gəldik. Qarşıda bizi çox vacib oyunlar gözləyir. Əgər məşqlərdə və matçlarda baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirsək, inanırıq ki, çempion olacağıq.”

    Qeyd edək ki, turnir cədvəlində 31 xalla ikinci pillədə qərarlaşan “Azərreyl”, lider “Murov Az Terminal”dan 3 xal geridədir.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni