Beynəlxalq idman liderləri 24-28 may 2026-cı ildə Bakıda toplaşacaq – SportAccord Konvensiyası paytaxtda keçiriləcək.
SportAccord – Olimpiya və qeyri-Olimpiya federasiyalarını birləşdirən unikal platformadır. Konvensiya idman federasiyalarının rəhbərləri, BOK üzvləri, media, texnologiya və idman şirkətlərini Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində (açılış mərasimi) bir araya gətirəcək.
1700+ iştirakçı gözlənilir, şəbəkələşmə, sərgilər və konfranslar planlaşdırılıb.
Early Bird endirimi və imkanlar
Hazırda Early Bird qeydiyyatı (CHF 1500) 31 yanvara qədər açıqdır. Azərbaycan federasiyaları, klublar, marketinq mütəxəssisləri qlobal elitlə əlaqə qura bilər. Yerli şirkətlər üçün tərəfdaşlıq və sərgi fürsətləri var – brendlər yeni əməkdaşlıqlar quracaq.
Bakı Dünya İdman Paytaxtı 2026 statusuna malikdir, 2015 Avropa Oyunları, F1 Qran Prixi, COP29 təcrübəsi var. SportAccord Prezidenti Uğur Erdener: “Bakı idman tədbirlərini mükəmməl təşkil edir, unikal təcrübə təqdim edəcək.”
Qeydiyyat: www.sportaccord.sport/2026-conv/



