Bakı Dünya Kuboku üçün Azərbaycan komandasının heyəti açıqlandı

13–15 iyun tarixlərində Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Sport-az.com xəbər verir ki, yarışlar Milli Gimnastika Arenasında təşkil olunacaq və ev sahibi ölkəni beş növdə müxtəlif idmançılar təmsil edəcək.

Komandanın tərkibi:

  • Qarışıq cütlüklər:
    • Aqasif Rəhimov – Raziya Seyidli
    • Milana Əliyeva – Sabir Ağayev
  • Kişi dueti:
    • Murad Rəfiyev – Daniyel Abbasov
  • Kişi qrupu:
    • Rəsul Seyidli, Riyad Səfərov, Seymur Cəfərov, Abdulla Əl-Məşaihi
  • Qadın qrupu:
    • Nəzirin Zeyniyeva, Anaxita Bəşirli, Zöhrə Rəşidova

7 ölkə, 63 idmançı

Bakı turnirində ümumilikdə 7 ölkədən 63 gimnast çıxış edəcək. Yarışa Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan, Özbəkistan və Azərbaycan komandaları qatılacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni