More

    Bakı metrosu “Qarabağ” – FCSB matçı ilə əlaqədar iş rejimini dəyişir

    23 yanvardan 24 yanvara keçən gecə “Qarabağ” və FCSB komandaları arasında keçiriləcək matçla əlaqədar Bakı metrosunun iş vaxtı uzadılaraq saat 01:00-a qədər davam edəcək.

    Daylinews-Az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidməti məlumat yayıb.

    Bundan əlavə, Respublika stadionu Tofiq Bəhramov adına stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında metropoliten işçiləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Zərurət yarandıqda xəttə ehtiyat qatarlar cəlb olunacaq.

    Ehtiyat tədbirləri “28 May” və “Nəriman Nərimanov” stansiyalarında da nəzərdə tutulub.

    Qeyd edək ki, bu gün “Qarabağ” ilə Rumıniyanın FCSB komandası arasında keçiriləcək UEFA Avropa Liqası oyunu üçün 15 000-ə yaxın bilet satılıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni