More

    Bakı Olimpiya Stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

    Bakı Olimpiya Stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün namizəd şəhərlərdən biridir.

    “Sport-az.com”un UEFA-ya istinadən verdiyi məlumata görə, Bakı ilə yanaşı, İspaniyanın paytaxtı Madrid də eyni ildə bu nüfuzlu turniri təşkil etməkdə maraqlıdır. Madridin planı həlledici qarşılaşmanı “Metropolitano” stadionunda keçirməkdir.

    Rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim edilməlidir. UEFA İcraiyyə Komitəsi isə həmin ilin may ayında finalın keçiriləcəyi stadionu müəyyən edəcək.

    Bakı Olimpiya Stadionu 68,700, “Metropolitano” stadionu isə 70,000 azarkeş tutumuna malikdir.

    Xatırladaq ki, Bakı Olimpiya Stadionu 2019-cu ildə “Çelsi” və “Arsenal” arasında UEFA Avropa Liqasının finalına ev sahibliyi etmişdi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni