Bakı pişiyi “Formula-1” ulduzlarını kölgədə qoydu

Formula-1” Azərbaycan Qran-prisinin ən çox diqqət çəkən simalarından biri pilotlar deyil, “paddock pişiyi” olub. Yarış zamanı ortaya çıxan bu pişik azarkeşlərin, mexaniklərin və hətta sürücülərin sevimlisinə çevrilərək dünya mediasında gündəm yaradıb.

Sport-az.com-un məlumatına görə, Aleksandr Albonun anası Kankamol Albon sosial şəbəkə hesabında maraqlı paylaşım edib. O, oğluna müraciətlə pişiyi evlərinə gətirməsini istəyib:

“Əgər Aleksi tapsan, ona de ki, səni evimizə gətirsin. Bizimlə yaşaya bilərsən”.

Qeyd edək ki, Albon ailəsinin evində artıq 13 pişik, bir it və hətta bir at yaşayır. Bakı pişiyinin fotoları və videoları sosial şəbəkələrdə minlərlə bəyənmə qazanıb. Hətta “Mercedes” komandası ona xüsusi qonaqpərvərlik göstərib və mini dəbilqə hədiyyə edib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni