More

    Bakıda Açıq İdman Dırmanması Turniri keçiriləcək

    Azərbaycan Alpinizm Federasiyası idman dırmanması (bolderinq) üzrə Açıq Respublika Turnirinin keçiriləcəyini elan edib.

    Sport-az.com-un verdiyi məlumata görə, yarış 7-8 dekabr tarixlərində baş tutacaq və 16 yaşdan yuxarı iştirakçılar yarışa qoşula biləcək. Turnir üçün məkan olaraq ALP Alpinizm Mərkəzi seçilib.

    Turnir qaydalarına əsasən, seçmə və final mərhələləri dörd müxtəlif marşrut üzrə keçiriləcək. Seçmə mərhələdə hər bir marşrut üçün 5 dəqiqə, final mərhələsində isə hər bir marşrut üçün 4 dəqiqə vaxt ayrılıb. Final mərhələsinə yalnız altı dırmanışçı keçəcək və qalib orada müəyyən olunacaq.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni